• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Yevlaxda avtomobil kanala düşüb, bir nəfər batıb

CƏMİYYƏT

12 Iyul 2023 | 11:54 | Müəllif: Qalib İbrahimoğlu

Yevlaxda avtomobil kanala düşüb, bir nəfər batıb

Yevlaxda avtomobil kanala düşüb, bir nəfər batıb.

Bakıvaxtı.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbərə verir.

Məlumata görə, hadisə Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Aran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bildirilib ki, "112" qaynar telefon xəttinə minik avtomobilinin suya düşməsi nəticəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

    Əlavə məlumat veriləcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR