• Bakı 24° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Yoluxanlar da, sağalanlar da, ölüm sayı da AZALDI

CƏMİYYƏT

27 Dekabr 2021 | 18:03 | Müəllif: Qalib İbrahimoğlu

Yoluxanlar da, sağalanlar da, ölüm sayı da AZALDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 306 yeni yoluxma faktı qeydə alınıb, 560 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 614 936 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 595 658 nəfər müalicə olunaraq sağalıb, 8 308 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 10 970 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 482, bu günə qədər isə ümumilikdə 5 824 190 test icra olunub.


Yoluxanlar da, sağalanlar da, ölüm sayı da AZALDI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR