• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda uşaqlar arasında “Omikron”a yoluxma qeydə alınıb?

CƏMİYYƏT

26 Yanvar 2022 | 15:52 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda uşaqlar arasında “Omikron”a yoluxma qeydə alınıb?

“Azərvaycanda "Omikron"un uşaqlarda aşkarlanması ilə bağlı rəsmi statistika yoxdur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, dünya təcrübəsinə görə, uşaqlar arasında Delta ştamı ilə müqayisədə Omicrona yoluxma çoxdur: “Onlar da bu xəstəliyi böyüklərdəki kimi keçirirlər. Soyuqdəymə simptomları müşahidə olunur. Böyüklərdəki kimi ağırlaşma halları olmur”.

Onun sözlərinə görə, son zamanlar uşaqlar arasında eyni simptomlarla müşahidə olunan hallar var idi: “Bu hallar əvvəlki illərdən çox deyildi. Digər respirator virus infeksiyasına xas hallar idi. Sadəcə COVID-lə bağlı bu saylar azalmışdı”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026