• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Vətəndaşlar bu məsələlərlə bağlı deputata müraciət edib 

CƏMİYYƏT

26 Yanvar 2022 | 16:25

Vətəndaşlar bu məsələlərlə bağlı deputata müraciət edib

Azərbaycan Respublikası Milli Məclisinin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputatı Şahin Seyidzadə Qobustan rayonunda fərdi vətəndaş qəbulu keçirib.
Bakıvaxtı.az
xəbər verir ki, Qobustan Heydər Əliyev Mərkəzində baş tutan qəbul zamanı Qobustan şəhəri və Poladlı kəndindən olan vətəndaşlarla fərdi qəbul həyata keçirilib.
Qəbulda vətəndaşlar tərəfindən məşğulluq, sosial müdafiə, təhsil, əmlak və torpaq mövzuları ətrafında müraciətlər səsləndirilib.
Qəbul zamanı deputat tərəfindən bəzi məsələlər yerində həllini tapmış, vətəndaşlar tərəfindən səsləndirilən digər problemlərin isə qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı barədə məlumat verib.
 
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR