• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Yük avtomobili yeniyetməni vurub qaçdı

HADİSƏ

28 Mart 2021 | 21:38

Yük avtomobili yeniyetməni vurub qaçdı

Lənkəran şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Göyşaban dairəsi ərazisində qeydə alınıb.

Belə ki, Göyşaban kənd sakini, 2008-ci il təvəllüdlü Dadaşov Məhəmmədəli Anar oğlunu avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb.

Piyadanı vuraraq köməksiz vəziyyətdə qalmasına səbəb olan avtomobilin “Qazel” markalı yük maşını olduğu deyilir.

Yaralı travmatik şok diaqnozu ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəni törədən sürücünün tapılması istiqamətində zəruri tədbirlər görülür.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026