• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zakir Həsənov və Yaşar Güler Müdafiə Sərgisində

CƏMİYYƏT

06 Sentyabr 2022 | 10:47

Zakir Həsənov və Yaşar Güler Müdafiə Sərgisində

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerlə birlikdə "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi və “Securex Caspian” 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgisini ziyarət ediblər.

Bakıvaxtı.az xəbər verir ki, onlar stendlərlə, sərgidə nümayiş olunan müdafiə sənayesi məhsulları ilə tanış olublar.
Qeyd edək ki, sərgidə 208 şirkət təmsil olunur. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri var. Sərgiyə ilk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu il sərgidə 8 ölkə milli stendləri ilə iştirak edir. /Trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026