• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zaqatalada qanunsuz ov edən şəxslər saxlanıldı - FOTO

HADİSƏ

25 Oktyabr 2021 | 08:58

Zaqatalada qanunsuz ov edən şəxslər saxlanıldı - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz ov və mülki silahın daşınması qaydalarının pozulmasının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Aşağı Tala kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, həmin şəxslərin rayonun Faldarlı kənd sakinləri Səbuhi Səmədov və Canqa Süleymanov olduqları müəyyən edilib. Onlardan qanunsuz olaraq ovladıqları dovşan və ov tüfəngləri götürülüb.

Hər iki şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.


Zaqatalada qanunsuz ov edən şəxslər saxlanıldı - FOTOZaqatalada qanunsuz ov edən şəxslər saxlanıldı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026