Xəbər verdiyimiz kimi, ötən gün ARB telekanalında Zaur Kamalın aparıcısı olduğu "Həmin Zaur" verilişində qalmaqal yaşanıb. Belə ki, teleaparıcı əslən Cənubi Azərbaycandan olan məşhur müğənni Afşin Azəri ilə mübahisə edərək, onu efirdən qovub.
Bakıvaxtı.az-ın məlumatına görə, məsələyə münasibətini bildirən deputat Razi Nurullayev qeyd edib ki, Zaur Kamalın bu addımı ciddi siyasi qəbahətdir: “Çalışıram ki, şou-biznes məsələlərinə fikir bildirməyim. Çünki hamı o haqda nəsə deyir. Deputat isə dövlət əhəmiyyətli işlərlə məşğul olarsa daha yaxşı olar. Bu məsələni isə dövlət əhəmiyyətli hesab edirəm".
Razi Nurullayev deyib ki, Zaur Kamalın Afşin Azərini studiyadan qovması ciddi siyasi yanlışlıq və qəbahət idi.
"Ola bilsin ki, Zaur bəy bu yükün nə qədər ağır olduğunu dərk edə bilməyib. Təəssüf edirəm!”, - deyə deputat qeyd edib.
Nuranə Daxilqızı
















