• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zaxarova: “Paşinyan qeyri-müəyyən mövqedən çıxış edir”

DÜNYA

02 Avqust 2023 | 14:26

Zaxarova: “Paşinyan qeyri-müəyyən mövqedən çıxış edir”

“Rusiya hər zaman Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlı olub”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova avqustun 2-də keçirdiyi brifinqdə deyib.

Rusiyalı diplomat vurğulayıb ki, Ermənistan rəhbərliyi bəzi məsələlərdə tez-tez qeyri-müəyyən mövqedən çıxış edir.

Rusiya XİN-in sözçüsü, həmçinin, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları ilə bağlı iddialarına da cavab verib:

“Sülhməramlıların mühüm funksiyaları yerinə yetirdiyi hamıya məlumdur. Doğrudanmı bu fəaliyyət Ermənistan rəhbərliyinin nöqteyi-nəzərindən gərəksizdir, arzuolunmazdır və onlar sülhməramlıların getməsini istəyirlər?”

M.Zaxarova əlavə edib ki, N.Paşinyanın açıqlamaları tamamilə anlaşılmazdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR