"Rusiyanın Avropa Şurası konvensiyasından çıxması milli azlıqların hüquqlarına və onların müdafiəsinə xələl gətirməyəcək".
Bakıvaxt TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Zaxarova bildirib ki, Rusiya qanunvericiliyi milli azlıqların siyasi və iqtisadi fəaliyyət sahələrində iştirak hüquqlarını tam təmin edir.
"Konvensiyada təsbit olunmuş prinsiplərin Rusiya qanunvericiliyində tam şəkildə həyata keçirildiyini nəzərə alsaq, müqavilədə iştirakımızın dayandırılması bütün Rusiyada milli azlıqların hüquqlarına riayət olunmasına xələl gətirməyəcək", - deyə diplomat qeyd edib.
Xatırladaq ki, avqustun 1-də Rusiya Avropa Şurasının Milli Azlıqların Müdafiəsi Konvensiyasından çıxıb. Rusiya 1996-cı ildən bu strukturun üzvü olub. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, təşkilat hazırkı formada ikiüzlülük və rusofobiya ilə seçilir.
Gülşən Şərif







jpg-1726904160.webp)





