• Bakı 24° C

    4.4 m/s

Zəfərə bir gün qalmış şəhid oldu - Turxan Allahverdiyev

CƏMİYYƏT

08 Noyabr 2022 | 14:41 | Müəllif: Qalib İbrahimoğlu

Zəfərə bir gün qalmış şəhid oldu - Turxan Allahverdiyev

Vətən müharibəsi iştirakçısı Turxan Allahverdiyevin şəhidlik zirvəsinə yüksəlməsindən 2 il keçir.

Bakıvaxtı.az-ın məlumatına görə, Gədəbəyin İnəkboğan kəndində anadan olan 1996-cı il təvəllüdlü şəhidimiz oktyabrın 25-dən döyüşlərdə könüllü olaraq iştirak edib. 

O, ilk olaraq Hadrut qəsəbəsinin azad olunması uğrunda döyüşlərə qatılıb. Noyabrın 7-də Şuşada şəhid olan T. Allahverdiyev noyabrın 12-də doğulduğu kənddə torpağa tapşırılıb. 

Şəhadətə qovuşmasının ikinci ildönümündə şəhid dəfn edildiyi kənd məzarlığında anılıb.

Atası Rəsul Allahverdiyevin oğlu haqqında dediklərindən:  "Onunla sonuncu dəfə noyabrın 4-də danışdıq. Hadrutda yaralı komandirini ermənilərdən ələ keçirdiyi maşınla mühasirədən çıxarıb. Komandiri ağır yaralı olub, indi biz bilmirik ki, həmin komandir sağdır, ya yox. Hadrutda komandirləri deyib ki, Şuşada xüsusi təyinatlılara kömək etmək üçün getmək lazımdır. Turxan da iki döyüş yoldaşı ilə birgə gedəcəyini gedib. O, Şuşada snayper gülləsindən şəhid olub. Telefonu da şəhid olarkən ürəyinin üstündə olub. Komandirlərinin tapşırığı ilə telefonu bizə verildi. Şüşəsi sınmışdı”. 

R.Allahverdiyevin dediyinə görə, oğlu Moskvada işləsə də, müharibə başlayan gündən torpaqlarımızın azadlığı uğrunda gedən savaşda iştirak etmək istəyib: "Dayanmadan deyirdi ki, gəlib müharibəyə qatılacaq. Saxlaya bilmədim, işini qoyub qayıtdı".

Ata digər oğlunun da müharibədə könüllü iştirak etdiyini qeyd edib. 

Qeyd edək ki, Turxan Allahverdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Hərbi xidmətə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Onu da bildirək ki, şəhidin anadan olduğu kənddə onun adına xatirə bulağı açılıb.


Zəfərə bir gün qalmış şəhid oldu - Turxan AllahverdiyevZəfərə bir gün qalmış şəhid oldu - Turxan AllahverdiyevZəfərə bir gün qalmış şəhid oldu - Turxan AllahverdiyevZəfərə bir gün qalmış şəhid oldu - Turxan AllahverdiyevZəfərə bir gün qalmış şəhid oldu - Turxan Allahverdiyev
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026