• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zelenskidən XƏBƏRDARLIQ: Danışıqlar pozulacaq...

DÜNYA

22 Avqust 2022 | 09:36 | Müəllif: Subhan Mahmudov

Zelenskidən XƏBƏRDARLIQ: Danışıqlar pozulacaq...

Mariupol şəhərində Rusiya tərəfindən məhkəmə baş tutsa, danışıqlar aparılmayacaq.

Bakıvaxtı.az "report"a istinadən bildirir ki, belə bir xəbərdarlıqla Ukrayna Prezidenti Volodimir Zelenski son videomüraciətində çıxış edib.

Dövlət başçısı vurğulayıb ki, indi mediada Rusiyanın zəbt olunmuş Mariupolda əsir düşmüş ukraynalı əsgərlərin məhkəməsini təşkil etmək istəməsi barədə getdikcə daha çox məlumat yayılır.

Dövlət başçısı qeyd edib ki, düşmənin planları nə olursa-olsun, Ukraynanın reaksiyası tamamilə başa düşüləndir.

"Əgər həmin iyrənc məhkəmə baş tutsa, xalqımız bütün razılaşmalara, bütün beynəlxalq qaydalara zidd olaraq bu mənzərəyə sürüklənsə, bu, istehza olacaq. Bu, heç bir danışığınn mümkün olmadığı xətt olacaq", - Zelenski vurğulayıb.

Prezidentin sözlərinə görə, Rusiya özünü danışıqlardan uzaqlaşdıracaq. O vurğulayıb ki, "daha ​​danışıqlar olmayacaq, Ukrayna dövləti hər şeyi deyib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026