Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Hatayda baş verən güclü zəlzələdə yüzlərlə bina dağılıb, ölənlər və yaralananlar var.
Bakıvaxtı.az "HaberGlobal"a istinadla xəbər verir ki, zəlzələnin dağıdıcı təsiri təkcə binalarda deyil, Antakya Əsri qəbiristanlığında da görünüb. Belə ki, yeraltı təkanların təsiindən bəzi qəbirlər zədələnib, bəziləri isə tamamilə dağılıb.
Yaxınlarının məzarını ziyarət etməyə gedən bəzi vətəndaşlar zəlzələdən sonra yolda məzarı görəndə gözlərinə inana bilmirlər.
Dağılan və açılan qəbirlər tikinti maşınlarının köməyi ilə bağlanır.
Murad Məmmədli




















