• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zərdabda 12 yaşlı uşaq su kanalında batdı

CƏMİYYƏT

16 Iyun 2023 | 00:44 | Müəllif: Subhan Mahmudov

Zərdabda 12 yaşlı uşaq su kanalında batdı

Zərdab rayonunda 12 yaşlı uşaq su kanalında batıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Gəlmə kəndi ərazisindən keçən su kanalında qeydə alınıb.

Belə ki, 12 yaşlı Eyvazov Nihat Rəfael oğlu dayısı ilə həmin kanala çimməyə gedib. Çimərkən suda boğulan Nihatı dayısı xilas etməyə çalışsa da, buna nail ola bilməyib və uşaq anidən batıb.

Nihat Eyvazovun tapılması məqsədilə əraziyə FHN-nin Sularda Xilasetmə Dəstəsinin Dalğıc Qrupu çağırılıb. Uşağın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır./report

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026