• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dənizdə batan şəxslər xilas edildi

CƏMİYYƏT

15 Iyul 2023 | 19:01

Dənizdə batan şəxslər xilas edildi

Lənkəranda 16 yaşlı yeniyetmə qız və 20 yaşlı gənc dənizdə boğulma təhlükəsi ilə üzləşib.

Bakıvaxtı.az xəbər verir ki, Xəzər dənizində boğulmaq təhlükəsi ilə üzləşənlərdən biri Masallı rayonunun Yeddioymaq kənd sakini, 2007-ci il təvəllüdlü yeniyetmə qızdır. Hadisə rayonun Sütəmurdov kəndində baş verib.

Digər hadisə isə şəhərin “Kiçik bazar” məhəlləsi deyilən ərazisində qeydə alınıb. Belə ki, Cəlilabad rayonundan Lənkərana qonaq gələn 2003-cü il təvəllüdlü Ramin Ramil oğlu Qurbanov dənizdə çimərkən batıb. Ətrafdakıların köməyi ilə onu sudan çıxarmaq mümkün olub.

Hər iki halda sakinlər təcili tibbi yardım xidmətinə məlumat veriblər. İlkin zəruri tədbirlər görüldükdən sonra xilas edilən şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yeniyetmə qızın ciyərlərinə su dolduğu bildirilir. Hər ikisinin vəziyyətləri ağır qiymətləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026