• Bakı 18° C

    15.33 m/s

  • USD - 1.7

    EUR - 1.9979

    RUB - 2.0341

Zərgərlik mağazasından 1 milyonluq oğurluq etdilər - VİDEO

DÜNYA

26 Sentyabr 2025 | 11:18

Zərgərlik mağazasından 1 milyonluq oğurluq etdilər - VİDEO

ABŞ-nin Kaliforniya ştatında 25 nəfərlik dəstə zərgərlik mağazasına basqın edib.

Bakıvaxtı.az “BBC”yə istinadən xəbər verir ki, hadisə San-Ramon yaşayış məntəqəsində qeydə alınıb.

Mağazaya daxil olan silahlı şəxslərin bir qismi satıcıları tapança ilə qorxudub, digərləri isə vitrinlərin şüşələrini sındıraraq zinət əşyalarını götürüb. 

Həmin şəxslər daha sonradan 6 avtomobillə hadisə yerindən uzaqlaşıblar. 

Hadisə zamanı ümumilikdə 1 milyon dollar dəyərində zərgərlik nümunələri oğurlanıb. Mağazaya basqın edən şəxslərdən 7-si artıq saxlanılıb.


SON XƏBƏRLƏR

25 Sentyabr 2025