• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Zirə" "Qəbələ"ni məğlub etdi

İDMAN

04 May 2022 | 20:25 | Müəllif: Subhan Mahmudov

"Zirə" "Qəbələ"ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, günün ilk matçında "Zirə" "Qəbələ"ni qəbul edib. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma əyalət təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə sayəsində xallarının sayını 38-ə çatdıran "qırmızı-qaralar" 4-cü pilləyə yüksəlib. 42 xala malik "qartallar" isə üçüncü sıradadır.

Qeyd edək ki, günün ikinci matçında "Sumqayıt" "Neftçi"ni qəbul edəcək. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026