• Bakı 15° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.8849

    RUB - 2.0239

Zukerberq ən bahalı evlərindən birini aldı

DÜNYA

06 Aprel 2025 | 09:25

Zukerberq ən bahalı evlərindən birini aldı

"Meta" şirkətinin təsisçisi, dünyanın ən zəngin insanlarından biri Mark Zukerberq Vaşinqtonda ən bahalı evlərdən birini alıb.

Bakıvaxtı.az xəbər verir ki, Mark və həyat yoldaşı Priscilla Kolumbiya rayonunda malikanə alıblar. 

Milyarder oradan tez bir zamanda şəhərə gələ biləcək.

Mənbənin sözlərinə görə, malikanə iş adamına 23 milyon dollara başa gəlib. 

Müqavilə Vaşinqtonda üçüncü ən böyük sazişdir. 

1400 kvadratmetrlik malikanə prestijli !Woodland-Normanstone" ərazisində yerləşir. Bu, cəmi 160 evlə mahalın ən kiçik və ən bahalı məhəllələrindən biridir.

Qeyd edək ki, M. Zukerberqin çox sayda daşınmaz əmlaka sahib olduğu məlumdur. Onun Havay, Palo Alto, Kaliforniya və Taho gölünün yanında malikanəsi var. /olay


SON XƏBƏRLƏR

06 Aprel 2025