• Bakı C

    14.81 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

150 illik kilsə yandı
DÜNYA
01 Yanvar 2026 | 23:59

150 illik kilsə yandı

Amsterdamda Vondelkerk kilsəsində gecə yanğın baş verib. Yanğın nəticəsində qüllə, mərkəzi hissə və dam örtüyü çöküb, divarlar isə toxunulmaz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, yanğınsöndürənlər Vondelkerk kilsəsindəki yanğını söndürüblər. Külək və kilsənin ölçüsü alovun söndürülməsini xeyli çətinləşdirib.

Yanğın nəticəsində qüllənin və binanın mərkəzi hissəsinin, eləcə də dam örtüyünün əhəmiyyətli bir hissəsi çöküb.

Qeyd edək ki, sözügedən kilsə 1872-ci ildə tikilib.
 


SON XƏBƏRLƏR

01 Yanvar 2026