2025-ci il inkişafda kəskin sıçrayışla, hətta süni intellekt, robototexnika və yeni nəsil avadanlıqlar sahəsində inqilabi irəliləyişlərlə yadda qaldı.
Bakıvaxtı.az xəbər verir ki, "Euronews" robot heyvan köməkçilərindən və süni intellektlə işləyən dodaq boyası aplikatorlarından tutmuş insan dərisi kimi parlayan telefon qabına qədər ötən ilin ən qeyri-adi ixtiralarının siyahısını tərtib edib:
NE - İtirilmiş açarlarınızı tapa və təmizləyə, həmçinin rəqs edə bilən humanoid robot.
Woofwoof Lux - Süni intellektlə işləyən it paltaryuyan maşın.
Tüklü robot yoldaşı Mirumi - Sensorlar sayəsində insanlara və hərəkət edən əşyalara reaksiya verir, lakin qorxduqda və ya toxunduqda çəkinir.
Sensorlu robot ev heyvanı Ropet - Onu sığalladığınız zaman isti titrəyir və hətta gözlərinin rəngini taxdığı aksesuarlara uyğun olaraq dəyişir.
Dəri qabı - Günəşdə yanmış telefon qabı.
Realbotix - Realist robot yoldaşıdır. Model "təkmilləşdirilmiş bədən hərəkətliliyi", mürəkkəb izləmə sistemi, obyekt tanıma və üçüncü tərəf süni intellekt texnologiyalarını, xüsusən də ChatGPT-ni inteqrasiya etmək qabiliyyəti ilə öyünür.
Spicerr - Süni intellektlə işləyən ədviyyat paylayıcısı.
Əllərin köməyi olmadan dodaqlara çəkilən ağıllı pomada.
Aynur Babazadə
Bakı 












