• Bakı 23° C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

ABŞ İsraildən öz vətəndaşlarının könüllü təxliyəsini təşkil edir
DÜNYA
18 Iyun 2025 | 22:23

ABŞ İsraildən öz vətəndaşlarının könüllü təxliyəsini təşkil edir

ABŞ İsraildən Amerika vətəndaşlarının könüllü təxliyəsini təşkil edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi "X" sosial şəbəkəsində yazıb.

"İsraili tərk etmək istəyən ABŞ vətəndaşlarına müraciət edirəm: ABŞ-nin İsraildəki səfirliyi təxliyə ilə bağlı bütün uçuşların üzərində işləyir", - o yazıb.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu “Yüksələn Aslan” adlı genişmiqyaslı əməliyyata başlayıb. Bu əməliyyat çərçivəsində Hərbi Hava Qüvvələri hərbi obyektlərə və İranın nüvə proqramının obyektlərinə zərbələr endirir.

İsrail Hərbi Hava Qüvvələri İranın müxtəlif bölgələrində, o cümlədən Tehranda bir neçə dəfə hücumlar həyata keçirib və burada İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri də daxil olmaqla bir neçə yüksək rütbəli iranlı hərbçi, həmçinin bir sıra nüvə alimləri həlak olub. Ölkədəki bir neçə nüvə obyekti, o cümlədən Natanz və Fordoda, həmçinin İranın ölkənin müxtəlif bölgələrindəki hərbi mövqeləri də vurulub.


SON XƏBƏRLƏR

18 Iyun 2025