• Bakı 22° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

Güllə atıcılığı üzrə Bakı Çempionatı keçirilir

İDMAN

18 Iyun 2025 | 15:28

Güllə atıcılığı üzrə Bakı Çempionatı keçirilir

Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə Bakı Çempionatı start götürür.

Bakıvaxtı.az bu barədə Azərbaycan Atıcılıq Federasiyasından məlumat əldə edib.

Turnir 10 metr məsafəyə pnevmatik tüfəng və pnevmatik tapançadan, həmçinin 25 metr məsafəyə kiçik çaplı tapançadan atəşaçma növləri üzrə həm fərdi, həm də qarışıq komanda yarışları üzrə təşkil olunacaq. 

Yarışlarda müxtəlif yaş kateqoriyalarında çıxış edən 100-ə yaxın idmançının iştirakı nəzərdə tutulur. Çempionatı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək.

Qeyd edək ki, yarışlar 21 iyun tarixinədək davam edəcək.


SON XƏBƏRLƏR