• Bakı 23° C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

Ən yüksək balı onlar topladı - ADLAR

CƏMİYYƏT

18 Iyun 2025 | 22:54

Ən yüksək balı onlar topladı - ADLAR

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 1 iyun 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər - Neftçala rayonu Bankə qəsəbə 2 saylı orta məktəbin məzunu Əliyev Mirağa İxtiyar oğlu və Gəncə şəhər 13 saylı orta məktəbin məzunu İsmayılov Alı Vəfadar oğlu göstərib. İsmayılov Alı Vəfadar oğlu hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək nəticəni (697.5 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 297.5 bal toplayıb.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 5 nəfər - Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin məzunu Əliyeva Fidan Ayaz qızı, Mingəçevir şəhər 11 saylı orta məktəbin məzunu Hüseynli Arif Pərviz oğlu, Xaçmaz rayon 8 saylı şəhər orta məktəbinin məzunu Əliyeva Ləman Vasif qızı, Bakı şəhər 129 saylı orta məktəbin məzunu Babayev Anar Qurban oğlu, Bakı şəhər 220 saylı məktəb-liseyin məzunu Xəlilova Aylin Rauf qızı göstərib. Xəlilova Aylin Rauf qızı hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (697.5 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 297.5 bal toplayıb.


SON XƏBƏRLƏR

18 Iyun 2025