"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının II mərhələsinin püşkünü dəyərləndirib.
Bakıvaxtı.az xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.
O, Yunanıstan təmsilçisi “Aris”in zəif kollektiv olmadığını bildirib:
“Potensial rəqiblərimizin hamısı güclü komandalardır. Ümumiyyətlə, avrokuboklarda zəif-güclü rəqib axtarmaq yersizdir. Həm də burada rəqibi biz deyil, püşk seçir. İndiki məqamda əsas işimiz komandanı tez bir zamanda komplektləşdirmək, təlim-məşq toplanışına tam heyətlə çıxmaq və oyunlara yaxşı hazırlaşmaqdır. Rəqibi hələ analiz etməmişik. Püşk indi atıldı. Onları analiz etmək, zəif və güclü tərəflərini öyrənmək üçün zamanımız var”.
Qeyd edək ki, oyunlar iyulun 24-də və 31-də keçiriləcək.