Amerikalıların əhəmiyyətli bir hissəsi ABŞ-nin növbəti onillikdə ağır böhranlarla üzləşəcəyinə və qlobal supergüc statusunu itirə biləcəyinə inanır.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu, "YouGov"un son sorğusunun nəticələrində yer alıb.
Onlayn sorğuda iştirak edən 1111 amerikalının 21%-i ABŞ-nin yaxın 10 ildə qlobal mövqeyinin aşağı düşəcəyini ehtimal edir. Ümumilikdə respondentlərin 45%-i tam iqtisadi çöküşün ən azı bir qədər inandırıcı olduğunu bildirib. 40 faiz vətəndaş müharibəsi gözlədiklərini, qanunun və asayişin tamamilə pozulacağına inandığını qeyd edib.
Respondentlərin 38%-i ABŞ-nin 10 ildən sonra artıq demokratik ola bilməyəcəyinə inandığını bildirib. 31 faiz ölkənin faşist diktaturasına çevrilə biləcəyini, 20 faiz isə kommunist diktaturasının olacağını proqnozlaşdırıb.
Respondentlərin yalnız 43%-i bildirib ki, ABŞ-nin mövcud siyasi sistemi ən azı bir qədər yaxşı işləyir.
Əksər amerikalılar siyasi mənsubiyyətindən asılı olmayaraq, demokratiyada yaşadıqlarına inandıqlarını bildirsələr də, əksəriyyət ölkənin konstitusiya böhranı yaşadığına inanır.
Gülşən Şərif