• Bakı 25° C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

ABŞ və Hindistan müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayacaq
DÜNYA
03 Iyul 2025 | 03:19

ABŞ və Hindistan müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayacaq

 Pentaqon rəhbəri Pit Heqset və Hindistanın müdafiə naziri Rajnath Sinqh bu il on il müddətinə daha bir çərçivə ikitərəfli müdafiə əməkdaşlığı sazişi imzalamaq barədə razılığa gəliblər.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Pentaqonun nazirliklərarası telefon danışığından sonra yaydığı məlumatda deyilir.

“Nazir Heqsetlə həmkarı Sinqh bu il keçirəcəkləri növbəti görüşdə Birləşmiş Ştatlar və Hindistan arasında on il müddətinə daha bir çərçivə müdafiə sazişi imzalamaq barədə razılığa gəliblər”, - məlumatda deyilir.

Kommunikedə həmçinin qeyd olunub ki, tərəflər Amerika silahlarının Hindistana qarşıdakı iri tədarüklərini və ölkələr arasında hərbi sənayedə sıx əməkdaşlığın zəruriliyini müzakirə ediblər.


SON XƏBƏRLƏR

02 Iyul 2025