Yaxın Şərqdə İsrail və İranın iştirakı ilə böyük münaqişə təhlükəsi yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, ABŞ mətbuatında İsrailin İrana qarşı hərbi güc tətbiq etmə ehtimalı ilə bağlı yazılanları şərh edərkən bildirib ki, genişmiqyaslı münaqişə təhlükəsi var.
Tramp tezliklə regionda nəyinsə baş verə biləcəyini istisna etməyib.