• Bakı 24° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Araz çayında bir nəfər batıb - YENİLƏNİB
HADİSƏ
14 Iyul 2025 | 16:47

Araz çayında bir nəfər batıb - YENİLƏNİB

Araz çayında batan şəxsin kimliyi məlum olub.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində batan şəxsin 2008-ci il təvəllüdlü Süleyman Cahangirlidir.

Hazırda onun axtarışına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

***

16:14

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

    Əlavə məlumat veriləcək.

     


    SON XƏBƏRLƏR