• Bakı 24° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Arı sürüsü insanlara hücum etdi: 24 nəfər...
DÜNYA
07 Iyul 2025 | 16:19

Arı sürüsü insanlara hücum etdi: 24 nəfər...

Fransada arı sürüsü insanlara hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "BFMTV" məlumat yayıb.

Məlumata görə, Aurillacda yüzlərlə arının qəfildən yoldan keçənlərə hücumu nəticəsində 24 nəfər xəsarət alıb.

Xəsarət alanlardan üçünün vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd olunub ki, hücum bir neçə dəqiqə davam edib və yerli sakinlər arasında şoka səbəb olub.

Hazırda zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.

Paris Arıçılıq Məktəbinin ustad arıçısı Valid Loulidinin sözlərinə görə, belə hallar olduqca nadir baş verir və adətən arılar səbəbsiz hücum etməkdənsə, özlərini müdafiə edirlər.

Mütəxəssis qeyd edib ki, aqressiyaya naməlum qıcıqlandırıcı və ya arı cinsində baş verən dəyişikliklər səbəb ola bilər. Ənənəvi fransız qara arısı məhsuldarlığı artırmaq üçün xaricdən gətirilən cinslərlə qarışdırılıb ki, bu da bəzən davranışda arzuolunmaz dəyişikliklərə səbəb olur.

Mina Mikayılova


SON XƏBƏRLƏR