• Bakı 27° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Avropanın qaz ehtiyatları tarixi minimuma düşüb
İQTİSADİYYAT
03 Avqust 2026 | 18:12

Avropanın qaz ehtiyatları tarixi minimuma düşüb

Avropanın yeraltı qaz anbarlarında (YQS) doluluq səviyyəsi avqustun əvvəlində tarixi minimuma düşüb və bu, qış üçün ehtiyatların fəlakətli dərəcədə aşağı olması riskini yaradıb. 

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu, Qaz İnfrastrukturu Avropasının (Gas Infrastructure Europe) məlumatlarında yer alıb.

Avqustun əvvəlinə olan məlumata görə, Aİ-nin qaz ehtiyatları cəmi 57,11% təşkil edib. Bu, 2011-ci ildən bəri bütün müşahidə dövründən ən pis nəticədir. 

Bundan əlavə, mövcud rəqəm son beş ilin orta göstəricisindən 16,4 faiz bəndi aşağıdır və ötən ilki səviyyədən (68,9%) xeyli geridədir.

Avropa Komissiyasının tələblərinə görə, AB ölkələri hər il 1 oktyabr - 1 dekabr tarixləri arasında anbarlarının 90% dolu olmasını təmin etməlidirlər. Çətin doldurma şərtləri halında 10% elastikliyə icazə verilir. Buna görə də 2026-2027-ci illərin payız-qış dövrünün əvvəlinə qədər Avropa anbarlarına xalis vurulma standarta cavab vermək üçün ən azı 68 milyard kubmetrə çatmalıdır. 

İndiyə qədər Avropa qarşıdan gələn qış üçün yeraltı qaz anbarlarına tələb olunan həcmlərin yalnız 47%-ni vura bilib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR