• Bakı 34° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

AZAL-dan Bakı-Naxçıvan reysinin sərnişinlərinə ÇAĞIRIŞ
CƏMİYYƏT
12 Sentyabr 2023 | 15:34

AZAL-dan Bakı-Naxçıvan reysinin sərnişinlərinə ÇAĞIRIŞ

AZAL Bakı-Naxçıvan-Bakı reysinin sərnişinlərini aviabilet alarkən məlumatların düzgünlüyünü təmin etməyə çağırır.

Bu barədə Bakıvaxtı.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran sərnişinlər aviabilet alarkən şəxsiyyət vəsiqəsinin və ya pasportun əslini təqdim etməlidirlər. Bu, sərnişinlər haqqında məlumatların düzgünlüyünün və etibarlılığının təmin edilməsi, habelə onların hüquq və mənafelərinin müdafiəsi məqsədinə xidmət edir.

Bundan əlavə, AZAL sərnişinlərə kassalarında yarana biləcək növbələrin qaşısını almaq məqsədilə biletləri aviaşirkətin www.azal.az rəsmi saytından onlayn almağı tövsiyə edir. Bu, həmçinin hər bir səyahətçinin vaxtına qənaət etməyə kömək edəcək.

AZAL-ın rəsmi saytından Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin əldə edilməsi ilə bağlı əlavə məlumatı: http://www.youtu.be/9PiPTkNkBSUlinkinə daxil olmaqla əldə etmək olar.

Sual yarandığı təqdirdə sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.


SON XƏBƏRLƏR

02 Avqust 2025