• Bakı 31° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Süveydədə böhran: Dəməşq nəzarəti itirir, gərginlik artır
DÜNYA
03 Avqust 2025 | 09:19

Süveydədə böhran: Dəməşq nəzarəti itirir, gərginlik artır

Suriyanın cənubundakı Süveydə vilayətində dürzilər ilə bədəvi silahlı qrupları arasında yenidən alovlanan toqquşmalar nəticəsində bölgədə humanitar böhran yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropanın nüfuzlu beyin mərkəzlərindən olan İtaliya mənşəli “SpecialEurasia” məlumat yayıb.

“ABŞ və İordaniyanın dəstəyi ilə əldə olunan razılaşma bölgədəki silahlı qruplar və əhali tərəfindən qəbul edilməyib. Bölgədə elektrik və su infrastrukturu tamamilə çöküb. Hesabatda vurğulanır ki, Dəməşq hökumətinin bölgədəki nəzarəti zəifləyib, Prezident Əhməd Şara isə xüsusilə azlıq qrupları arasında etibar və dəstək qazana bilmir”, - məlumatda bildirilib.

Dürzi lider Hikmət əl-Hicrinin atəşkəsə qarşı çıxması və xaricdən yardım istəməsi daxildə də parçalanma yaratdığı qeyd edilib.

Hesabatda qeyd olunur ki, qarşıdakı dövrdə Süveydədə dörd əsas istiqamət diqqətdə saxlanılmalıdır:

– Atəşkəsin yerinə yetirilib-yetirilməməsi;

– Köçkünlərin geri dönüşü və ya digər bölgələrə yayılması;

– İsrailin hava əməliyyatlarına davam edib-etməyəcəyi;

– Bölgədə dağıdılmış infrastrukturun bərpa olunması;

Bildirilir ki, Suriyanın cənubu təkcə yerli qarşıdurmalarla deyil, həm də artan xarici müdaxilə və regional qeyri-sabitlik riski ilə üz-üzədir.


SON XƏBƏRLƏR

02 Avqust 2025