• Bakı 32° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.1326

Dron hücumu nəticəsində Soçidəki neft bazası yandı
DÜNYA
03 Avqust 2025 | 11:31

Dron hücumu nəticəsində Soçidəki neft bazası yandı

Rusiyanın Soçi şəhərinin Adler rayonundakı neft bazasında pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Soçinin meri Andrey Proşunin "Telegram" kanalında bildirib.

Merin sözlərinə görə, yanğın yanacaq çənində baş verib: "PUA-nın parçaları qaraj kooperativindəki tikiliyə dəyib. İlkin məlumata görə, xəsarət alan yoxdur".

Krasnodarın qubernatoru Veniamin Kondratyev isə neft məhsullarının olduğu çənin yandığını söyləyib. Onun sözlərinə görə, yanğını söndürülməsinə 127 nəfər və 35 ədəd texnika cəlb olunub.

PUA hücumları təhlükəsi səbəbindən Soçi aeroportu müvəqqəti bağlanıb.


SON XƏBƏRLƏR

04 Avqust 2025