• Bakı 26° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.1326

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

CƏMİYYƏT

04 Avqust 2025 | 21:18

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Avqustun 5-də 2025-2026-cı tədris ili üzrə şagird yerdəyişməsinə start verilir, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Bu barədə Bakıvaxtı.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 5 avqust saat 15:00, 10-cu siniflər üçün isə 12 avqust saat 11:00-dan aktivləşdiriləcək:

"Yerdəyişmə prosesi imtahanla həyata keçirilən müəssisələr üzrə imtahanlar 16-17 avqust tarixlərində həyata keçiriləcək. Övladlarının həmin imtahanlarda iştirak etməyini istəyən valideynlər 5 avqust 15:00 tarixindən 13 avqust 18:00 tarixinə qədər sy.edu.az platforması üzərindən qeydiyyatdan keçə bilər".

Qeyd edək ki, proses 20 avqust 18:00-a qədər davam edəcək.


SON XƏBƏRLƏR