• Bakı 26° C

    2.1 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.1326

Tramp Hindistan üçün rüsumları artırmaq niyyətindədir

DÜNYA

04 Avqust 2025 | 20:00

Tramp Hindistan üçün rüsumları artırmaq niyyətindədir

ABŞ Prezidenti Donald Tramp Rusiya neftinin idxalı və satılması ilə əlaqədar Hindistana tətbiq edilən rüsumları əhəmiyyətli dərəcədə artırmaq niyyətində olduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“Hindistan nəinki Rusiyadan böyük həcmdə neft alır, həm də alınan neftin böyük hissəsini açıq bazarda ciddi gəlirlə satır. Bununla əlaqədar mən Hindistanın ABŞ-yə ödədiyi rüsumları əhəmiyyətli dərəcədə artıracağam”, - Tramp qeyd edib.


SON XƏBƏRLƏR