• Bakı 30° C

    7.05 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Niderland Ukraynaya hərbi yardım paketi ayırdı

DÜNYA

05 Avqust 2025 | 00:33

Niderland Ukraynaya hərbi yardım paketi ayırdı

Niderlandın müdafiə naziri Ruben Brekelmans Ukraynaya yeni hərbi yardım paketinin ayrıldığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında məlumat verib. Bildirilib ki, yardım paketinə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün komponentlər və raketlər də daxildir.

“Niderland Ukraynaya 500 milyon avro dəyərində Amerika istehsalı silahlar təqdim edəcək. Bu yardım Ukraynanın həm özünü, həm də Avropanın qalan hissəsini Rusiyanın təcavüzündən qorumasına kömək edəcək”, – deyə nazir qeyd edib.

Brekelmans yardımın çatdırılma vaxtı və təfərrüatları barədə əlavə məlumat verməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Avqust 2026