Batumi Beynəlxalq Hava Limanında hava şəraitinin kəskin pisləşməsi səbəbindən Batumi–İstanbul reysi həyata keçirilə bilməyib.
Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, təyyarə bir neçə uğursuz cəhddən sonra Batumi hava limanına eniş edə bilməyərək Türkiyənin Samsun şəhərinə yönləndirilib.
Batumi Beynəlxalq Hava Limanından verilən məlumata görə, gün ərzində hava limanında ümumilikdə 23 aviareysin həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, hazırda Batumidə yağış yağır.
Gülşən Şərif