• Bakı 29° C

    2.31 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

Ötən ay Bakıda təcili yardıma günvurma ilə bağlı 53 müraciət qeydə alınıb
CƏMİYYƏT
05 Avqust 2025 | 15:17

Ötən ay Bakıda təcili yardıma günvurma ilə bağlı 53 müraciət qeydə alınıb

İyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərindən günvurma ilə bağlı 53 nəfər (18-i qadın, 35-i kişi olmaqla) müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 28 nəfəri tibb müəssisəsinə hospitalizasiya olunub, 21 nəfərə yerində tibbi yardım göstərilib: "Bakı şəhəri üzrə 4 nəfərin tibbi xidmətdən imtinası qeydə alınıb. Regionlar üzrə günvurma ilə bağlı isə Quba, Ağstafa, Sabirabad, Hacıqabul, Neftçala və Zaqatala rayonlarından daxil olun müraciətlər üzrə 6 nəfər tibb müəssisələrinə hospitalizasiya olunub, 4 nəfərə isə yerində tibbi yardım göstərilib".


SON XƏBƏRLƏR