• Bakı 29° C

    2 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

20-yə yaxın aptekdə nöqsanlar aşkarlanıb
CƏMİYYƏT
05 Avqust 2025 | 12:53

20-yə yaxın aptekdə nöqsanlar aşkarlanıb

2025-ci ilin iyul ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 aptekdə yoxlama həyata keçirilib.

Analitik Ekspertiza Mərkəzidən Bakıvaxtı.az-a verilən məlumata görə, bu yoxlamalardan 21-i Bakı şəhərində, 27-si isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

    Yoxlamaların 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan kənar təftiş xarakteri daşıyıb.

    Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 221.1, 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.


    SON XƏBƏRLƏR