• Bakı 29° C

    2.31 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Tacikistana təhvil verib
CƏMİYYƏT
05 Avqust 2025 | 15:03

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Tacikistana təhvil verib

Azərbaycan dələduzluqda ittiham edilərək 2021-ci ildə beynəlxalq axtarışa verilmiş Tacikistan vətəndaşı 1973-cü il təvəllüdlü Şaripova Rano Sirojevnanı ölkəsinə təhvil verib.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Rano Şaripova bu il Azərbaycanda müəyyən edilərək həbs olunub. Təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanlarına təhvil verilib.


SON XƏBƏRLƏR