• Bakı 28° C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

Fərhad Pərvizinin işdən çıxarılma səbəbi açıqlandı - SƏBƏB QADINLAR DEYİLMİŞ
CƏMİYYƏT
05 Avqust 2025 | 17:36

Fərhad Pərvizinin işdən çıxarılma səbəbi açıqlandı - SƏBƏB QADINLAR DEYİLMİŞ

Sosial şəbəkələrdə iqtisadçı Fərhad Pərvizinin son günlər etdiyi çıxışlarla əlaqədar işdən çıxarılması haqda məlumatlar yayılıb. İddialara görə, buna səbəb onun gender əsaslı ayrı-seçkiliyi təbliğ edən fikirləridir.

Bakıvaxtı.az xəbər verir ki, "Qafqazinfo.az" saytı məsələ ilə bağlı F.Pərvizinin işlədiyi “Baker Tilly Azərbaycan”la əlaqə saxlayıb. Şirkətdən Fərhad Pərvizinin işdən çıxması xəbərini təsdiqləyiblər.

“1 il müddətində Biznes və Məsləhət Xidmətləri Direktoru vəzifəsində çalışan Fərhad Pərvizi 4 avqustda şəxsi təşəbbüsü və könüllü ərizəsi əsasında şirkətdən ayrılıb. O bu qərarı öz yeni biznes fəaliyyətinə başlamaq və şəxsi layihələrinə daha çox vaxt ayırmaq məqsədilə verib”, - deyə açıqlamada qeyd edilib.

Məlumatda iqtisadçının çıxışları ilə bağlı işdən çıxarılması iddiaları təkzib edilib.


SON XƏBƏRLƏR