• Bakı 25° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

Türkiyə bu ölkədə kosmik baza qurur – 350 milyon dollarlıq layihə
DÜNYA
05 Avqust 2025 | 19:18

Türkiyə bu ölkədə kosmik baza qurur – 350 milyon dollarlıq layihə

Türkiyə Somalidə kosmik baza inşa etməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Bildirilib ki, layihə yalnız kosmik raketlərin buraxılışı üçün deyil, həm də uzaqmənzilli raket sınaqları üçün nəzərdə tutulub. Bu məqsədlə Türkiyəyə Hind okeanı sahilində yerləşən xüsusi bir ərazi ayrılıb.

Layihənin ümumi dəyəri 350 milyon dollar olaraq qiymətləndirilir.

Qeyd edək ki, bazanın yaradılması Türkiyə Kosmik Agentliyi tərəfindən həyata keçirilir və bu, Ankaranın kosmik texnologiyalar sahəsində artan iddialarını əks etdirən önəmli addım hesab olunur.


SON XƏBƏRLƏR