• Bakı 25° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

Zelenski Trampla müharibənin dayandırılmasını müzakirə edib
DÜNYA
05 Avqust 2025 | 18:55

Zelenski Trampla müharibənin dayandırılmasını müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığı aparıb.

Bakıvaxtı.az-ın verdiyi məlumata görə, V.Zelenski bu barədə öz “Telegram” kanalında yazıb.

"ABŞ Prezidenti ilə məhsuldar söhbət apardıq. Əsas məsələ müharibənin dayandırılmasıdır. Biz ədalətli və davamlı sülh naminə göstərdiyi bütün səylərə görə ABŞ Prezidentinə minnətdarıq. Həqiqətən, qətllərə mümkün qədər tez son qoymaq lazımdır, biz bunu tam dəstəkləyirik. Əgər rusiyalılar uzatmasaydı, müharibə artıq çoxdan bitmiş ola bilərdi", - Ukrayna lideri qeyd edib.

Onun sözlərinə görə, ABŞ və Ukrayna mövqelərini koordinasiya edib və Rusiya qoşunlarının Ukrayna ərazisinə endirdiyi zərbələrin intensivliyinin artırılması barədə fikir mübadiləsi aparıb. "Prezident Tramp Rusiyanın Kiyevə, digər şəhərlərə və icmalara zərbələr endirməsi barədə tam məlumatlandırılıb", - o qeyd edib.

Bundan başqa, paylaşımda bildirilib ki, liderlər Rusiyaya qarşı sanksiyaları və təzyiqin artırılmasını, eləcə də Aİ-nin Kiyevə silah tədarükünə dəstəyini və dron istehsalı üzrə ABŞ-Ukrayna əməkdaşlığını müzakirə ediblər.

"Ukrayna tərəfi dronlarla bağlı saziş layihəsini artıq hazırlayıb, biz onu ətraflı şəkildə müzakirə edərək bağlamağa hazırıq. Bu, ən güclü sazişlərdən biri ola bilər. Təşəkkürlər, Prezident Tramp", - V.Zelenski vurğulayıb.


SON XƏBƏRLƏR