• Bakı 27° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.1326

Səs yazısı yayılan direktor işdən ÇIXARILDI

CƏMİYYƏT

04 Avqust 2025 | 21:37

Səs yazısı yayılan direktor işdən ÇIXARILDI

Ötən günlərdə kütləvi informasiya vasitələrində Ucar rayonu Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçasında baş verən neqativ halla bağlı səs yazısı yayılıb. Məsələ ilə bağlı araşdırma aparılıb və fəaliyyətində yol verdiyi nöqsanlara görə sözügedən bağçanın müdiri səlahiyyətlərini müvəqqəti icra edən, həmçinin Ucar rayonu Yuxarı Şilyan kənd tam orta ümumtəhsil məktəbinin direktoru Emin Orucov tutduğu vəzifədən azad edilib.

Bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən Bakıvaxtı.az-a verilən açıqlamada deyilir

"Əlavə olaraq bildiririk ki, təhsil müəssisələrində sağlam pedaqoji mühitin formalaşdırılması, etik davranış qaydalarına əməl olunması və fəaliyyətin mövcud qanunvericilik çərçivəsində təşkili, bununla yanaşı vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir", - deyə məlumatda qeyd olunub. 


SON XƏBƏRLƏR

04 Avqust 2025