• Bakı 25° C

    14.95 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

Azərbaycan millisi qrupdakı sonuncu oyunda məğlub oldu
İDMAN
28 Avqust 2026 | 21:15

Azərbaycan millisi qrupdakı sonuncu oyunda məğlub oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda sonuncu oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Niderland seçməsi ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasındakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.

Azərbaycan millisi 8 xalla qrup üçüncüsü kimi 1/8 finala vəsiqə qazanıb.

Xatırladaq ki, daha əvvəl Portuqaliya, Serbiya və Rumıniyanı məğlub edən yığma Belçikaya uduzub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR