• Bakı C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Azərbaycanda heyvanların sayı niyə azalır? - VİDEO
CƏMİYYƏT
22 Fevral 2026 | 21:43

Azərbaycanda heyvanların sayı niyə azalır? - VİDEO

Bu il yanvarın 1-nə olan məlumata görə, ölkədə 2 milyon 435 min 500 baş iribuynuzlu, 6 milyon 757 min 800 baş xırdabuynuzlu heyvan qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə azdır. Başqa sözlə iribuynuzlu heyvanların sayı 30 mindən çox, xırdabuynuzlu heyvanların sayı isə 139 minə yaxın azalıb.

Bakıvaxtı.az Xezerxeber.az-a istinadən xəbər verir ki, iqtisadçı Xalid Kərimlinin fikrincə, xırdabuynuzlu heyvanların sayının azalmasının əsas səbəblərindən biri təbii otlaq sahələrinin daralmasıdır. Əkinçiliyin artması və paralelində torpağın şoranlaşması otlaq imkanlarını məhdudlaşdırır. Digər tərəfdən, kənd yerlərində bu sahəyə maraq da əvvəlki kimi deyil.

Mütəxəssis bildirir ki, həmçinin ot bağlamalarının və hazır yemlərin bahalaşması, inzibati və saxlanma xərclərinin artması fərdi ev təsərrüfatları üçün heyvandarlığı çətinləşdirir. Buna görə də, bu sahədə maliyyə imkanları məhdud olan xırda təsərrüfatlar getdikcə azalır. Bütövlükdə bu proseslər bazara yerli heyvan təklifini azaldır

Ekspertlər hesab edirlər ki, yeni otlaq sahələrinin dövriyyəyə cəlb olunması, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının genişlənməsi yerli heyvandarlığın bərpasına təkan verə bilər. Əks halda daxili istehsalın payı azalacaq və bazarda idxaldan asılılıq artacaq.

 

 


SON XƏBƏRLƏR

21 Fevral 2026