• Bakı C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.7502

    RUB - 1.6626

Azərbaycanın qeyri-neft-qaz ixracı ötən il artıb
İQTİSADİYYAT
10 Yanvar 2025 | 14:40

Azərbaycanın qeyri-neft-qaz ixracı ötən il artıb

Ötən il Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,3% artaraq 3,4 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-dekabr ayları ərzində yeyinti məhsullarının ixracı 11,3% artaraq 1,03 milyard ABŞ dollarına bərabər olub.

Bu barədə Bakıvaxtı.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”na istinadən xəbər verir.

    Məlumata görə, 2024-cü ilin 12 ayı ərzində ixrac olunan məhsullardan şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 62,4% artaraq 38,5 milyon ABŞ dolları, pambıq lifi 45,2% artaraq 178,2 milyon ABŞ dolları, bitki mənşəli yağlar və piylər 32,8% artaraq 28,9 milyon ABŞ dolları, qiymətli metallar 29,2% artaraq 215,3 milyon ABŞ dolları, kimya sənayesi məhsulları 18,3% artaraq 293,7 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilər 14,3% artaraq 68,8 milyon ABŞ dolları, çay 1,6% artaraq 6 milyon ABŞ dolları, qara metallar 1,9% artaraq 48,2 milyon ABŞ dolları, alüminium və ondan hazırlanan məmulatlar 1% artaraq 197,2 milyon ABŞ dolları təşkil edib.

    2024-cü ilin yanvar-dekabr ayları ərzində aqrar məhsulların ixracı 2,8% artaraq 789,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı 57,3% artaraq 316,1 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14,1% artaraq 1,11 milyard ABŞ dolları təşkil edib.


    SON XƏBƏRLƏR