• Bakı 18° C

    8.79 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Azərbaycanlı Rusiyada qətl törətdi - VİDEO
HADİSƏ
18 Aprel 2024 | 13:38

Azərbaycanlı Rusiyada qətl törətdi - VİDEO

Azərbaycanlı Rusiyada qətl törədib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Shot” "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunur ki, Moskvanın Krasnodarskaya küçəsindəki evlərin birinin həyətində parkinqlə bağlı münaqişə baş verib. 25 yaşlı Kirill nişanlısının yanına motosikletlə gəlib. Girişin yaxınlığındakı səkidə 21 yaşlı Azərbaycan vətəndaşı Şahinin (o, Rusiya Federasiyasında qeydiyyatsız olub) ağ rəngli “Toyota Camry” markalı avtomobili olub.

Geri qayıdarkən Kirill Şahinə səkidə və girişin yaxınlığında avtomobil saxlamağın qadağan edildiyini deyib. Buna cavab olaraq Şahin qışqırmağa və motosikletə görə gedə bilmədiyinə hirslənib.

Mübahisə nəticəsində Şahin motosiklet sürücüsünü bıçaqlayıb. Kirill xəstəxanada dünyasını dəyişib. 

Şahinin axtarışları davam edir.

Mina Mikayılova

 


SON XƏBƏRLƏR

30 Aprel 2024