• Bakı 21° C

    0.83 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Xəzərdə dalğanın hündürlüyü 2 metrdir - FAKTİKİ HAVA
CƏMİYYƏT
01 May 2024 | 08:52

Xəzərdə dalğanın hündürlüyü 2 metrdir - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin mayın 1-i saat 08:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir.

Bakıvaxtı.az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti 20 m/s, Culfa, Naftalanda 18 m/s-dir. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2 metrdir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 1-i gündüz tədricən mülayimləşəcəyi, gecəyə doğru yenidən güclənəcəyi və mayın 03-ü gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.


SON XƏBƏRLƏR