• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Rusiyada COVİD-19 yenidən aktivləşib: 54 ölü

DÜNYA

21 May 2024 | 12:38

Rusiyada COVİD-19 yenidən aktivləşib: 54 ölü

Son bir həftə ərzində Rusiyada koronavirusa yoluxma halı 14,7% artıb.

Bakıvaxtı.az "Qazeta"ya istinadən bildirir ki, bununla bağlı Yeni Koronavirus İnfeksiyası ilə Mübarizə üzrə Federal Əməliyyat Qərargahı açıqlama yayıb. 

Qərargahın məlumatına görə, son həftədə əhalinin hər 100 min nəfəri arasında yeni koronavirus infeksiyasına yoluxma nisbəti 8,1 faiz təşkil edib. Bu, əvvəlki həftə ilə müqayisədə 14,7%-lik artım deməkdir. 

Bundan başqa, 2469 nəfər xəstəxanaya yerləşdirilib. Həftə ərzində 11 802 nəfər koronavirus infeksiyasından sağalıb. 

Qeyd olunub ki, xəstəlik Rusiyanın 21 regionda müşahidə olunur.

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Iyul 2024